Xəzər Xəbər

Moskvaya 25-ə yaxın PUA hücumu olub

Dünya | 09:52 • 30 May 2023
Moskvaya 25-ə yaxın PUA hücumu olub

Bu gün səhər Moskvaya 25-ə yaxın PUA-nın hücum etdiyi məlum olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, PUA-ların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, bəzi dronlar çox aşağı hündürlükdə uçduğundan ağaclara və naqillərə ilişib.

3 PUA yaşayış binalarına çırpılıb, onlardan biri partlayıcı qurğular daşıyıb, amma detonasiya baş verməyib.

Xəbər lenti

Çox oxunanlar