Türkiyənin hazırkı dövlət başçısı, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermədə iştirak ediblər.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, Ərdoğan İstanbul Üsküdarda yerləşən Saffet Cebi adına orta məktəbdə səs verib.
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək.
Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.