Ermənistanın müdafiə naziri Suren Papikyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Müdafiə Nazirliyi Şurasının iclası üçün Minskə getməyib.
Xezerxeber.az erməni mediasına sitinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
Torosyanın sözlərinə görə, Papikyan bu gün Ermənistan hökumətinin iclasında iştirak edəcək.
Papikyanın əvəzinə KTMT Birgə Qərargahındakı nümayəndə Artak Tonoyan Belarus paytaxtına gedib.