Xəzər Xəbər

Şolts: Ukrayna üzrə sülh danışıqları münaqişəni dondurmaq məqsədi daşımamalıdır

Dünya | 09:14 • 21 May 2023
Şolts: Ukrayna üzrə sülh danışıqları münaqişəni dondurmaq məqsədi daşımamalıdır

Ukrayna ətrafında vəziyyətlə bağlı sülh danışıqlarının aparılması münaqişəni dondurmaq məqsədi daşımamalıdır.

Xezerxeber.az xəbər verir ki, bu fikri Almaniya Kansleri Olaf Şolts Xirosimada keçirilən “Böyük Yeddilik” sammiti çərçivəsində deyib.

"Əgər sülh danışıqları ilə bağlı təkliflər irəli sürülərsə, onların məqsədi dondurulmuş münaqişə əldə etmək olmamalıdır. Rusiya öz qoşunlarını çıxarmalıdır", - deyə Kansler bildirib.

Daha əvvəl “Politico” qəzeti mənbələrinə istinadla yaydığı xəbərə görə, ABŞ hakimiyyəti Ukraynadakı münaqişənin dondurulması ssenarisinə hazırlaşır, o zaman bu münaqişə uzun illər və hətta onilliklər ərzində davam edəcək.

Nəşrin fikrincə, hətta uzunmüddətli planlaşdırma ehtimalının özü də Ukrayna rəhbərliyinin ABŞ-nin Kiyevə yardımı davam etdirəcəyinə inamını sarsıda bilər, xüsusən də bəzi respublikaçıların gələcəkdə Ukraynaya dəstəyi zəiflətmək niyyətində olduğunu nəzərə alsaq.

Xəbər lenti

Çox oxunanlar