Xəzər Xəbər

Paşinyan və erməni kilsəsi arasında münasibətlər "müharibə" səviyyəsinə çatıb

Dünya | 15:17 • 20 May 2023
Paşinyan və erməni kilsəsi arasında münasibətlər "müharibə" səviyyəsinə çatıb

Kilsə dövlətdən yüksəkdə dayana bilməz.

Xezerxeber.az "sputnik armenia" a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan məktəblilər arasında keçirilən “Baş nazir kuboku” turnirinin iştirakçıları ilə görüşündə deyib.

Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, kilsə ilə dövlətin funksiyalarını qarışdırmaqdan daha təhlükəli heç nə yoxdur.

Baş nazir dövlət və kilsə arasındakı əlaqəni parafin idxalı timsalında izah etmək qərarına gəlib. Onun versiyasına görə, kilsə onu xeyriyyə məqsədilə rüsumsuz idxal etməyi xahiş edir, lakin dövlət ya şamları satmamağı, ya da ciddi nəzarət altında, verginin tutulması və bütün vəsaitlərin dövlət büdcəsinə ödənilməsi şərtilə satılmasını tələb edir.

Paşinyan qeyd edib ki, münasibətlərin qanunvericilik və Konstitusiya çərçivəsində hüquqi şəkildə qurulması onun üçün prinsipialdır.

"Ancaq başqa məqam da var: əgər kilsə siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, o zaman Ermənistan demokratik ölkədir və onlar siyasi partiya yarada bilərlər. Bu, siyasi rəqiblərə və seçicilərə münasibətdə daha dürüst olacaq", - Paşinyan bildirib.

Bundan əvvəl bütün ermənilərin katolikosu II Qaregin Erməni Apostol (Həvari) Kilsəsi ilə Ermənistan hakimiyyəti arasında əməkdaşlığın lazımi səviyyədə olmadığını bəyan edib.

Dövlətə təsir imkanları olan Eçmiədzin kilsəsinin arxiyepiskopu Arşak Xaçatryan isə Paşinyanın açıqlamasına daha ironik cavab verib:  

"Əgər kimsə dini elmlər öyrənmək istəsəyirsə təbii ki, təhsil səviyyəsi buna imkan verirsə cəhd edə bilər. Ancaq ilk öncə buna arqument gətirmək üçün gərək sağlamlığı yerində olsun”,- deyə arxiyepiskop bildirib.

Xəbər lenti