Xəzər Xəbər

Zelenski Ərəb Liqası sammitində iştirak edir

Dünya | 18:11 • 19 May 2023
Zelenski Ərəb Liqası sammitində iştirak edir

Ukrayna Prezidenti Volodimir Zelenski Ərəb Liqasının 2-ci sammitində iştirak edir. 

"Saudi Press" agentliyi xəbər yayıb ki, Volodimir Zelenski bu məqsədlə Səudiyyə Ərəbistanın Ciddə şəhərinə gəlib.

Ukrayna Prezidentinin olduğu Fransa hökumətinin təyyarəsi Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib və Volodimir Zelenskini Səudiyyə Ərəbistanının rəsmiləri qarşılayıb. Ukraynanın dövblət başçısı Krallığın vəliəhdi Məhəmməd bin Salmanla görüşüb, sonra Ərəb Liqasının sammitində ərəb ölkələrinin liderlərinə müraciət edib.

Volodimir Zelenski çıxışında Səudiyyə Ərəbistanına ilk səfərindən məmnun olduğunun söyləyib, Ukraynada müharibə ilə bağlı öz ölkəsinin rəsmi mövqeyini açıqlayıb. O, çıxışında ərəb ölkələrinə müraciət edərək, onları Ukrayna xalqına daha çox yardım etməyə çağırıb. Volodimir Zelenski bildirib ki, ukraynalılar müharibə istəmir və öz torpaqlarını azad etmək uğrunda döyüşürlər. O əlavə edib ki, Səudiyyə Ərəbistanı ukraynalı hərbi əsirlərin azad edilməsində uğurlu vasitəçilik edir.

Ukrayna Prezidenti Səudiyyə Ərəbistanından sonra G7 - “Böyük yeddilik” sammitində iştirak etmək üçün Yaponiyaya yola düşəcək.

Xəbər lenti

Çox oxunanlar