Xəzər Xəbər

Rəsmi Kiyev müharibənin “donduruluması” ilə bağlı açıqlama verib

Dünya | 16:10 • 19 May 2023
Rəsmi Kiyev müharibənin “donduruluması” ilə bağlı açıqlama verib

Ukraynada müharibəni mümkün “dondurmaq” qərarını müstəsna olaraq Prezident Volodimir Zelenski və Ukrayna xalqı verəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov telemarafon efirindəki şərhində söyləyib. O deyib: “Biz bütün tərəfdaş ölkələrə, onların hökumətlərinə və rəhbərlərinə böyük hörmətlə yanaşırıq, lakin onu nəzərə alırıq ki, qərar bizim ölkəmizdə, bizim Prezidentimiz və xalqımız tərəfindən qəbul ediləcək. Əgər kimsə bizim əvəzimizdən qərar verə biləcəyini və bizə bu və ya başqa şərtləri diktə edəcəyini düşünürsə, bu, qeyri-mümkündür”.

O.Danilov vurğulayıb ki, hər hansı bir qərar, hər şeydən əvvəl, onun ölkəsi üçün ədalətli olmalıdır. O əlavə edib: “Biz hər gün öz azadlığımız naminə çoxlu qurbanlar veririk və kimsə bu azadlığı “dondurmaq” lazım olduğunu düşünürsə, bu, hər halda, qəribə görünür”.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, müharibənin dayandırılması yalnız Ukraynanın irəli sürdüyü şərtlər əsasında baş verə bilər. O vurğulayıb: “Bizim Prezidentin mövqeyi dəqiq və aydındır. Bizim sülhlə bağlı 10 maddəlik təklifimiz var. Buyurun, qoşulun. Əgər siz onları dəstəkləyirsinizsə, biz məmnuniyyətlə bununla bağlı danışmağa hazırıq”.

Xəbər lenti

Çox oxunanlar