Xəzər Xəbər

Kamal Kılıçdaroğlu Sinan Oğanla görüşəcək

Dünya | 14:53 • 18 May 2023
Kamal Kılıçdaroğlu Sinan Oğanla görüşəcək

Türkiyədə keçirilmiş prezident seçkilərində “Millət İttifaqı”nın namizədi, müxalif CHP partiyasının sədri Kamal Kılıçdaroğlu sabah “ATA İttifaqı”nın namizədi olmuş Sinan Oğanla görüşəcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb. 

Qeyd edək ki, Sinan Oğan 14 mayda keçirilmiş seçkilərin birinci turunda 5,17% səs toplayıb.

Xatırladaq ki, prezident seçkilərinin II turu mayın 28-də keçiriləcək.

Xəbər lenti