Xəzər Xəbər

KİV: Qarşıdakı beş ay Kiyev üçün həlledici olacaq

Dünya | 14:00 • 18 May 2023
KİV: Qarşıdakı beş ay Kiyev üçün həlledici olacaq

Ukraynanı dəstəkləyən qərb ölkələri Kiyevə göstərilən hərbi yardımın yaxın vaxtlarda, xüsusən ABŞ-də 2024-cü ildə keçiriləcək prezident seçkiləri ətrafında yaranacaq vəziyyət fonunda son həddə çatacağından ehtiyatlanırlar.

 “Financial Times” qəzeti bu barədə Qərbdəki mənbələrinə istinadla məlumat yayıb.

“Ukraynanın müttəfiqləri Kiyevin Rusiyaya qarşı mübarizəsi üçün göstərdikləri hərbi yardımın pik həddinə çatacağından ehtiyatlanır. Avropalı siyasətçilər 2024-cü ildə ABŞ-da seçki kampaniyasının başlaması səbəbindən gələn il yardım axınının həcmindən narahatdır”, - deyə nəşrin məlumatında deyilir.

Vaşinqton hazırda Kiyevə əsas silah tədarükçüsüdür. Hazırda Vaşiqtonun əlində Konqresin təsdiqlədiyi 48 milyard dollarlıq yardım paketindən 6 milyard dollar qalıb. Amerikalı məmurların sözlərinə görə, həmin vəsait beş aydan sonra tükənə bilər. Məhz növbəti beş ay Kiyevin vəziyyəti dəyişmək üçün son şansı olacaq.

Xəbər lenti

Çox oxunanlar