Xəzər Xəbər

Paşinyanın oğlunun oğurlanmasına cəhd olunub

Dünya | 16:59 • 17 May 2023
Paşinyanın oğlunun oğurlanmasına cəhd olunub

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Aykakan Jamanak" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb.

"Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə "Oğulların harayı" təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib. Təşkilat üzvləri qaçıb, onların axtarışı aparılır.

Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.

Ermənistan polisi Aşot Paşinyanın oğurlanmasına cəhd edildiyini təsdiqləyib.

"Sputnik Armenia" xəbər yayıb ki, faktla bağlı toplanan materiallar İstintaq Komitəsinə veriləcək.

Xəbər lenti

Çox oxunanlar