Xəzər Xəbər

Gürcüstan vətəndaşları bu gündən Rusiyaya vizasız gedə biləcəklər

Dünya | 16:47 • 15 May 2023
Gürcüstan vətəndaşları bu gündən Rusiyaya vizasız gedə biləcəklər

Gürcüstan vətəndaşları mayın 15-dən etibarən Rusiyaya vizasız gedə biləcəklər.

Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidentinin Gürcüstan vətəndaşları üçün tətbiq olunan viza rejiminin ləğvinə dair mayın 10-da imzaladığı fərman bu gündən qüvvəyə minib. Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən etibarlı sənədlər əsasında Rusiya ərazisinə vizasız daxil olmaq və 90 günə qədər bu ölkədə vizasız qalmaq hüququ verilir.

Qeyd edək ki, Rusiya Prezidenti Gürcüstana uçuşlarla bağlı aviaşirkətlərə qoyulan qadağanı da ləğv edib və yaxın günlərdə Moskva-Tbilisi reysi üzrə uçuşların həyata keçiriləcəyi gözlənilir.

 

Xəbər lenti