Prezidentliyə namizədlərin səs verəcəyi məntəqələr müəyyənləşib.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda, Kamal Kılıçdaroğlu isə Ankarada Argentina məktəbində səs verəcək.
Sinan Oğan da Ankara Çankayada səs verəcək.
Bundan əvvəl “Məmləkət” partiyasının sədri Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürdüyünü açıqlayıb.