Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.
Seçkilərdə 64 milyon 113 min 941 nəfər seçici səsvermə hüququndan istifadə edir.
Səsvermədən olan ilkin fotoları təqdim edirik:
09:15
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.
Xezerxeber.az-ın məlumatına görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.
Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub.
Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
"Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir."
Qeyd edək ki, bundan əvvəl “Məmləkət” partiyasının sədri Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürdüyünü açıqlayıb.