Xəzər Xəbər

KİV: Bryansk vilayətində iki helikopter və iki qırıcı təyyarə vurulub

Dünya | 18:23 • 13 May 2023
KİV: Bryansk vilayətində iki helikopter və iki qırıcı təyyarə vurulub

Rusiya mediası Bryansk vilayətində bu gün daha bir “Mi-8” helikopterinin qəzaya uğradığını bildirib.

Xezerxeber.az xəbər verir ki, helikopter Bryanskın Uçensk rayonu yaxınlığında Volkustiçi kəndinə düşüb.

“Mash” internet nəşrinin yaydığı xəbərə görə, mayın 13-də Brayansk səmasında iki “Mi-8” helikopteri, “Su-34” və “Su-35” qırıcı təyyarələri qəzaya uğrayıb. İlkin məlumata görə, onlar döyüş əməliyyatından qayıdarkən yerdən vurulub.

Bryansk vilayətində axtarış əməliyyatları aparılır.

Xəbər lenti

Çox oxunanlar