Xəzər Xəbər

Ukraynaya Baxmutda döyüşmək üçün hər gün min mərmi lazımdır

Dünya | 17:53 • 13 May 2023
Ukraynaya Baxmutda döyüşmək üçün hər gün min mərmi lazımdır

Ukraynanın təkcə Baxmut istiqamətində hərbi əməliyyatlar aparması üçün gündə min mərmiyə ehtiyacı var.

Xezerxeber.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel bu barədə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin ukraynalı həmkarları Dimitro Kuleba ilə görüşündən sonra jurnalistlərə deyib.

“Misal üçün deyim ki, Ukraynanın təkcə Baxmut istiqamətində Rusiyanın atəş gücü ilə mübarizəsini davam etdirməsi üçün gündə min mərmiyə ehtiyacı var”, - deyə o bildirib.

Kiyev mayın 12-də Baxmut ətrafında bəzi mövqeləri geri qaytardığını bəyan edib. “Vaqner” özəl hərbi kompaniyasının rəhbəri Yevgeni Priqojin bu informasiyanı dolayısı ilə təsdiqləyərək deyib ki, Rusiyanın nizami qoşunları döyüş meydanından qaçır və bu da müdafiənin dağılmasına gətirib çıxarır.

Ukrayna ordusunun əks-hücumu başlayıbmı? Bunu demək hələlik çətindir. Kiyevdən və Moskvadan ziddiyyətli xəbərlər gəlir. Rusiya komandanlığı bəyan edib ki, mayın 11-də cəbhənin Soledar rayonundakı 95 kilometrlik hissəsində Ukrayna qoşunlarının 26 hücumu dəf edilib. Ukrayna Prezidenti Volodimir Zelenski isə BBC-yə müsahibəsində əks-hücuma keçmək üçün daha çox zamana və silaha ehtiyac olduğunu qeyd edib.

Xəbər lenti

Çox oxunanlar