Xəzər Xəbər

Rusiya Müdafiə Nazirliyi: Ukrayna Luqanska zərbə endirib

Dünya | 16:45 • 13 May 2023
Rusiya Müdafiə Nazirliyi: Ukrayna Luqanska zərbə endirib

Ukrayna mayın 12-də Britaniyanın Kiyevə verdiyi “Storm Shadow” aviasiya raketlərindən istifadə edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Luqansk vilayətinə raket zərbəsi endiriblər. Bu zaman onlar Böyük Britaniya tərəfindən Kiyev rejiminə verilən “Storm Shadow” aviasiya raketlərindən istifadə ediblər.

Zərbə nəticəsində Luqanskın qida və kimya müəssisələrinin ərazisində yanğın başlayıb.

Yaxınlıqdakı yaşayış binaları dağılıb. Dinc sakinlər, o cümlədən 6 uşaq yaralanıb. Luqanska raket hücumu həyata keçirən "Su-24" təyyarəsi və onu əhatə edən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcısı vurulub.

Xəbər lenti

Çox oxunanlar