Xəzər Xəbər

Rusiyada helikopter və qırıcı-bombardımançı təyyarə havada vurulub YENİLƏNİB

Dünya | 15:43 • 13 May 2023
Rusiyada helikopter və qırıcı-bombardımançı təyyarə havada vurulub

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində qəzaya uğradığı bildirilən Mi -8 helikopteri və Su-34 qırıcı-bombardımançı təyyarəsinin havada vurulduqları məlum olub.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, Bryansk vilayətinin Klintsovski rayonu ərazisində havada Mi8 helikopterinin mərmi ilə vurulduğuna dair görüntülər yayılıb. 

Daha sonra isə helikopterin vurulduğu ərazidən 40 km aralıda Su-34 hərbi təyyarəsinin vurulduğu bildirilib.

Mash-ın yaydığı məlumata görə, Bryansk vilayəti ərazisində Mi-8 və Su-34-ə hücumda iştirak edə biləcək diversantları axtarışına başlanılıb.

15:02

Rusiyanın Bryansk vilayətində "Mi-8" helikopteri qəzaya uğrayıb.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə vilayətin Klintsı şəhərində baş verib.

İlkin məlumatlara görə, qəza helikopterin mühərrikinin yanması nəticəsində baş verib.

Teleqram kanallarında helikopterin havada olarkən alışdığını əks etdirən videogörüntülər yayılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar