Xəzər Xəbər

Dmitri Medvedev 3-cü dünya müharibəsinin anonsunu verib açıqlama

Dünya | 17:58 • 12 May 2023
Dmitri Medvedev 3-cü dünya müharibəsinin anonsunu verib

"Üçüncü dünya müharibəsi başlaya bilər".

Xezerxeber.az "Ria Nvoosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

Medvedev bildirib ki, hazırda Rusiyaya qarşı tammiqyaslı hibrid müharibə gedir:

“Rəqiblər bizi üçüncü dünya müharibəsinə aparır və bilin ki, Rusiyanın səbri sonsuz deyil, istənilən kompromislərin həddi var”.

Onun sözlərinə görə, Rusiya öz suverenliyini və ərazi bütövlüyünü, milyonlarla vətəndaşının təhlükəsizliyini qorumaq üçün xüsusi əməliyyat keçirir.

Medvedev daha əvvəl Rusiyanın özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini söyləmişdi.

Xəbər lenti

Çox oxunanlar