Xəzər Xəbər

Rusiya Türkiyədə seçkilərə müdaxilə edib? - Kremldən AÇIQLAMA

Dünya | 15:25 • 12 May 2023
Rusiya Türkiyədə seçkilərə müdaxilə edib? - Kremldən AÇIQLAMA

Rusiyanın Türkiyədə prezident və parlament seçkilərinə hər hansı müdaxiləsindən söhbət gedə bilməz.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz bu bəyanatları qəti şəkildə təkzib edirik. Rəsmi olaraq bildiririk ki, heç bir müdaxilədən söhbət gedə bilməz. Kimsə cənab Kılıclaroğluna belə informasiya veribsə, onlar yalançıdırlar”, - deyə D.Peskov bildirib.

Xatırladaq ki, Türkiyədə prezident postuna namizəd Kamal Kılıclaroğlu tviter səhifəsində Rusiyanı seçkilərə müdaxilədə təqsirləndirmişdi.

Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, Moskva Ankara ilə ikitərəfli münasibətləri yüksək dəyərləndirir: “Türkiyə indiyədək bizim rastlaşdığımız bir sıra regional və dünya problemləri ilə bağlı çox məsuliyyətli, suveren və düşünülmüş mövqe sərgiləyib və bu mövqe bizdə etimad doğurur”.

D.Peskov əlavə edib ki, ikitərəfli münasibətləri dəyərləndirən ölkə tərəfdaşına qarşı çıxa bilməz.

Xəbər lenti

Çox oxunanlar