Xəzər Xəbər

Ukrayna ordusu Baxmut istiqamətində əks-hücuma keçib - Rusiya tərəfi də təsdiqlədi

Dünya | 14:48 • 12 May 2023
Ukrayna ordusu Baxmut istiqamətində əks-hücuma keçib - Rusiya tərəfi də təsdiqlədi

Ukrayna ordusu dünən Baxmut istiqamətində hücum əməliyyatları həyata keçirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlik dünən bütün təmas xətti boyunca Baxmut taktiki istiqamətində Ukrayna tərəfinin hücum əməliyyatları həyata keçirməsi faktını təsdiq edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanın qərargahında keçirilən iclası zamanı bildirib ki, Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında uğurlu əks-hücum keçirib.

"Biz general Sırskinin hesabatını dinlədik, onun bölmələri əlavə səylə düşməni dayandırdı və hətta onu bəzi istiqamətlərə geri atdı", - prezident deyib.

Xəbər lenti

Çox oxunanlar