Xəzər Xəbər

Zelenskinin İtaliyaya səfəri gözlənilir

Dünya | 09:00 • 12 May 2023
Zelenskinin İtaliyaya səfəri gözlənilir

Ukrayna Prezidenti Volodimir Zelenskinin İtaliyaya səfəri nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, Volodimir Zelenski Romada İtaliyanın Baş naziri Ciorcia Meloni, həmçinin Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşlər keçirəcək. Diplomatik mənbələr səfərlə bağlı işlərin yekunlaşmaq üzrə olduğunu bildiriblər.

Qeyd edək ki, Ukrayna Prezidentinin yaxın günlər ərzində bir sıra görüşlər keçirmək üçün Avropanın müxtəlif ölkələrinə səfərləri gözlənilir.

Xatırladaq ki, Ciorcia Meloni Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində - fevralın 21-də Kiyevə səfəri zamanı Ukrayna Prezidentini İtaliyaya səfərə dəvət edib.

Xəbər lenti

Çox oxunanlar