Xəzər Xəbər

Rusiyanın Gürcüstanla viza rejimini ləğv etməsi qərarına Tbilisidən etiraz gecikməyib qəbuledilməzdir

Dünya | 16:46 • 10 May 2023
Rusiyanın Gürcüstanla viza rejimini ləğv etməsi qərarına Tbilisidən etiraz gecikməyib

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya Prezidenti Vladimir Putinin gürcülər üçün viza rejimini ləğv etməsi və birbaşa uçuşları bərpa etmək barədə qərarına etiraz edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xanım Prezident qərar ilə əlaqədar hökuməti Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb. 

"Zurabişvili qərarı qəbuledilməz adlandırıb."

Zurabişvili ölkəyə daxil olan və burada qalan Rusiya vətəndaşlarına dövlət tərəfindən daha çox nəzarət edilməli olduğunu vurğulayıb. Dövlət başçısı Rusiyanın bu qərarının öz maraqları çərçivəsində qəbul edildiyini və hazırkı şəraitdə zamansız və təxribat xarakterli olduğunu təkrarlayıb.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb.

Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər.

Xəbər lenti

Çox oxunanlar