Xəzər Xəbər

Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edib

Dünya | 15:57 • 10 May 2023
Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edib

Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb.

Xezerxeber.az xəbər verir ki, sənədə əsasən, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağa aradan götürülür. Rusiya vətəndaşları da mayın 15-dən Gürcüstana 90 gün müddətinə vizasız gedə biləcəklər.

Bundan əlavə, Rusiya XİN ölkə vətəndaşlarının Gürcüstana səfərdən çəkinməsinə dair tövsiyəsini ləğv edib.

Rusiya aviaşirkətləri Moskvadan Tbilisiyə həftədə 7 reys həyata keçirəcək. Hazırda Moskva-Tbilisi reyslərinin açılmasına hazırlıq gedir.

Xəbər lenti

Çox oxunanlar