Xəzər Xəbər

Sudanda evlərini tərk edənlərin sayı 700 mini keçib

Dünya | 13:39 • 10 May 2023
Sudanda evlərini tərk edənlərin sayı 700 mini keçib

Sudanda silahlı qarşıdurma nəticəsində evlərini tərk edənlərin sayı 700 000-i keçib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Məlumata görə, son bir həftədə yaşayış yerlərindən didərgin düşənlərin sayı 600 000 nəfər artıb. Onlar məktəblərdə, inzibati binalarda yerləşdirilib.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Nəticədə 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb.

Xəbər lenti

Çox oxunanlar