Xəzər Xəbər

Çavuşoğlu Rusiyaya səfər edib

Dünya | 18:24 • 9 May 2023
Çavuşoğlu Rusiyaya səfər edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Suriyanın xarici işlər nazirlərinin iştirakı ilə mayın 10-da Moskvada keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Rusiyaya səfər edib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsinin aparılması, humanitar məsələlər, terrorla mübarizə kimi məsələlərin müzakirə edilməsi gözlənilir.

Xəbər lenti