Xəzər Xəbər

Ohanyan külli miqdarda mənimsəmədə ittiham olunur cinayət işi

Dünya | 17:40 • 8 May 2023
Ohanyan külli miqdarda mənimsəmədə ittiham olunur

Mayın 8-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan bloku” fraksiyasının rəhbəri Seyran Ohanyan, həmçinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin keçmiş komandiri Qriqori Xaçaturov və daha 11 nəfərə qarşı cinayət işinə baxmağa başlayıb.

Xezerxeber.az erməni mediasına istinadən bildirir ki, təqsirləndirilən şəxslərin tərəfdarları, o cümlədən həlak olan hərbçilərin valideynləri məhkəmə binası qarşısında toplaşıblar.

"Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur."

Milli Assambleya baş prokurorun vəsatətləri əsasında fevralın 8-də Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.

 

 

Xəbər lenti

Çox oxunanlar