Xəzər Xəbər

Kurqan vilayətində yanğın nəticəsində 6 nəfər həlak olub

Dünya | 11:38 • 8 May 2023
Kurqan vilayətində yanğın nəticəsində 6 nəfər həlak olub

Rusiyanın Kurqan vilayətini bürüyən yanğınlar nəticəsində 6 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, vilayətin müxtəlif yaşayış məntəqələrində mayın 7-dən başlanan yanğınlar nəticəsində 42 ev yanaraq sıradan çıxıb. Regionda fövqəladə vəziyyət elan olunub, bir sıra yaşayış məntəqələrinin əhalisi təxliyə edilib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirir, alovun yayılmasının qarşısını almağa mane olur.

Xəbər lenti

Çox oxunanlar