Xəzər Xəbər

ABŞ Türkiyəyə "S-400"ü Ukraynaya göndərməyi təklif edib

Dünya | 15:09 • 7 May 2023
ABŞ Türkiyəyə "S-400"ü Ukraynaya göndərməyi təklif edib

Türkiyə ABŞ-nin "S-400" zenit-raket komplekslərini Ukraynaya göndərmək təklifindən imtina edib.

Bunu “Habertürk”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, ABŞ-dən "S-400" ilə bağlı bir neçə təklif alınıb: "Dedilər ki, "S-400"ləri araşdırmaq üçün bizə imkan yaradın. Bu, müstəqilliyimizə aid olan bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz haradadır? Bizə hətta onları Ukraynaya göndərməyi təklif etdilər, biz “yox” dedik. Belə təkliflər olub”.

Xəbər lenti