Xəzər Xəbər

Yakutiyanın iki yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib

Dünya | 11:46 • 7 May 2023
Yakutiyanın iki yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib

Yakutiyada aktiv qar əriməsi və kiçik çaylarda suyun səviyyəsinin qalxması ilə əlaqədar iki yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.

Bu barədə bazar günü Qornı rayon administrasiyasının teleqram kanalında məlumat verilib.

“Atamayski və Odununski ərazisində fövqəladə vəziyyət tətbiq edilib. Atamay qəsəbəsində 7 həyətyanı sahədə su qalxıb, bir evin qazı kəsilib. Səkkiz sakin müvəqqəti yaşayış məntəqəsində yerləşdirilib. Odununskidə 13 həyətyanı ərazini su basıb. Su basmış qalan evlərin sakinləri qohumlarının yanına yerləşdirilib”, - deyə məlumatda bildirilib.

Xəbər lenti