Xəzər Xəbər

Türkiyədə ağır yol qəzası baş verib, 12 nəfər ölüb

Dünya | 09:33 • 7 May 2023
Türkiyədə ağır yol qəzası baş verib, 12 nəfər ölüb

Türkiyənin Hatay vilayətinin Belen rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb. 

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir qeyd edib ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.  

Qeyd edək ki, yük avtomobili əsgərləri yola salan izdihama çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.

Ümumilikdə qəza zamanı 12 avtomobilə ziyan dəyib.

 

Xəbər lenti

Çox oxunanlar