Xəzər Xəbər

Ukrayna aviasiyası Rusiya ordusuna ağır zərbələr endirib

Dünya | 09:20 • 7 May 2023
Ukrayna aviasiyası Rusiya ordusuna ağır zərbələr endirib

Son sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun hərbi texnikasının və şəxsi heyətinin cəmləşdiyi ərazilərə 7 zərbə endirib. Rusiyaya məxsus zenit-raket kompleksinə də zərbə endirilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər saatlarında məlumat yayıb. Qeyd olunur ki, gün ərzində Müdafiə Qüvvələri 7 hücum və 8 kəşfiyyat xarakterli PUA-nı da məhv edib.

Bundan başqa, raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsini, düşmənin silah və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, həmçinin atəş mövqeyində olan artilleriya bölməsini vurub.

Xəbər lenti

Çox oxunanlar