İrəvanda “Nemezis” abidəsinin açılması Ermənistan hakimiyyətinin rəsmi mövqeyini əks etdirmir.
Xezerxeber.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, Ermənistan Parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü zamanı bildirib.
M. Şentop görüşün müsbət mühitdə keçdiyini bildirib:
“Simonyan Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair prosesin müsbət iləriləməsi üçün səy göstərəcəklərini bildirib. Biz isə ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitlik bərqərar olur. Bu indiki zamanda regionumuz üçün çox önəmlidir”. (Apa)