Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınmasına mane olmaq üçün yetərincə səy göstərməyən üçüncü ölkələrə qarşı yeni tədbirlər üzərində işləyir.
"Bloomberg" agentliyi yazır ki, həmin mexanizmlərin əsas məqsədi digər ölkələri Rusiyaya yardımdan çəkindirmək və Moskvanın istifadə edə biləcəyi ticarət kanallarının qarşısını almaqdır.
Avropa İttifaqı, eyni zamanda ixrac nəzarətinə yönələn və qüvvədə olan tədbirlərin dairəsini genişləndirmək, həmçinin bir çox yüklərin Rusiya ərazisindən tranzitini qadağan etmək niyyətindədir.