Xəzər Xəbər

Borrel Kremlə çağırış etdi

Dünya | 15:23 • 4 May 2023
Borrel Kremlə çağırış etdi

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel Kremlə PUA hücumundan müharibənin eskalasiyası üçün istifadə etməməyə çağırıb

Xezerxeber.az xəbər verir ki, Jozep Borrel bu barədə Avropa İttifaqının inkişafı məsələləri üzrə nazirlərin görüşünə gəldiyi Brüsseldə deyib.

Xatırladaq ki, mayın 3-nə keçən gecə Kremlə iki PUA hücumu qeydə alınıb. Hücumda Ukraynanı ittiham edən Moskva bunu planlaşdırılan terror aktı və Rusiya Prezidenti Vladimir Putinə edilən sui-qəsd cəhdi kimi qiymətləndirib. Kremlin mətbuat xidməti bildirib ki, Rusiya “istənilən vaxt və lazım bildiyi şəkildə” cavab tədbiri görəcək

Rəsmi Kiyev isə öz növbəsində Kremlə hücumda iştirakı barədə yayılan məlumatı təkzib edib.

Xəbər lenti

Çox oxunanlar