Xəzər Xəbər

Putin Kremlə hücuma necə reaksiya verib?

Dünya | 14:55 • 4 May 2023
Putin Kremlə hücuma necə reaksiya verib?

“Rusiya Prezidenti Vladimir Putin ekstremal hallarda hər zaman təmkinini qoruyur”.

“Lenta.ru” saytı yazır ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Putinin Kremlə PUA-larla hücum xəbərinə necə reaksiya verməsi barədə suala cavabında deyib.

Onun sözlərinə görə, Putin qeyri-standart vəziyyətlərdə özünü sakit və soyuqqanlı aparır, dəqiqliklə göstərişlər verir: “Buna görə də, bu baxımdan yeni bir şey baş vermədi”.

Xatırladaq ki, Rusiya tərəfi martın 3-nə keçən gecə Ukraynanın PUA-larla Kremlə hücum etməyə cəhd etməsi barədə məlumat yayıb. Bildirilir ki, rusiyalı hərbçilər Kremlə yaxınlaşan iki PUA-nı zərərsizləşdirib. Hadisə zamanı V.Putin Kremldəki iqamətgahında olmayıb. Ukrayna isə hücumun Kiyev tərəfindən təşkil edildiyini təkzib edib.

Xəbər lenti