Birləşmiş Ştatlar müharibənin başladığı 2022-il fevralın 24-dən bəri Ukraynaya 35,7 milyard dollar, Cozef Baydenin ABŞ prezidenti postunu tutduğu dövrdə isə ümumilikdə 36,4 milyard dollar həcminə hərbi yardım edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Sənəd Kiyevə növbəti yardım paketinin ayrılması fonunda dərc olunub.
Bir müddət öncə ABŞ-ın hakimiyyət orqanları Kiyevə 300 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını bildirib. Bu paketə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün sursatlar, “Hydra 70” idarəolunmayan aviasiya raketləri, artilleriya mərmiləri və tank əleyhinə sistemlər daxildir.