Xəzər Xəbər

Aİ sənayesinin hərbiləşdirilməsi planı təqdim edilib

Dünya | 17:25 • 3 May 2023
Aİ sənayesinin hərbiləşdirilməsi planı təqdim edilib

Avropa Komissiyası döyüş sursatı istehsalının artırılması, Avropa ittifaqının büdcəsindən bunun üçün 500 milyon avronun ayrılması və büdcədənkənar Avropa Sülh Fondundan 1 milyard avronun cəlb olunması planını təqdim edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə daxili bazar məsələləri üzrə Avropa komissarı Terri Breton Brüsseldə keçirilən mətbuat konfransında deyib.

“Bu planın əsas məqsədi silah-sursat ehtiyatlarının artırılması və onların Ukraynaya çatdırılmasıdır. Biz ilin sonunadək bir milyon döyüş sursatının tədarükü ilə bağlı Kiyevə vəd vermişik. Burada iqtisadiyyatın hərbi rejimə keçirilməsindən söhbət gedir”, - deyə Terri Breton bildirib.

Onun sözlərinə görə, artıq Avropa İttifaqının 11 ölkəsi NATO standartı olan 155 millimetrlik, iki ölkəsi isə Sovet standartı olan 152 millimetrlik mərmilərin sürətli istehsalına başlaya bilər.

Xəbər lenti