Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.
Xezerxeber.az "sputnik armenia"ya istinadən xəbər verir ki, nümayəndə heyəti sabah Ankaraya yola düşür və Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq.
Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.
Simonyanın Türkiyə rəsmiləri ilə ayrılıqda görüş keçirib-keçirməyəcəyi ilə bağlı açıqlama verilmir.