Türkiyənin “Kalyon Enerji” şirkətinə məxsus 1350 meqavat gücündə olan Karapınar Günəş Elektrik Stansiyasının (GES) rəsmi açılışı baş tutub.
Xezerxeber.az yerli mətbuata istiandən xəbər verir ki, bu barədə “Kalyon Enerji” şirkətindən məlumat verilib.
Bildirilir ki, 2020-ci ilin yanvarında quraşdırma işlərinə başlanılan, Avropanın ən böyük günəş elektrik stansiyalarından biri olan və dünyada az sayda olan Kalyon Karapınar GES 20 milyon kvadratmetr sahədə inşa edilib.
Elektrik stansiyası tam gücü ilə işə salındıqdan sonra Türkiyənin mövcud günəş enerjisi payını 20 faiz artıracaq və 2 milyon insanın məişətdə istifadə etdiyi elektrik enerjisi ehtiyacı ödəniləcək.
"Elektrik stansiyasında ümumilikdə 3 256 038 günəş panelindən istifadə edilib."