Xəzər Xəbər

Xartumda bütün dövlət xəstəxanaları işini dayandırıb

Dünya | 13:52 • 2 May 2023
Xartumda bütün dövlət xəstəxanaları işini dayandırıb

Sudanın paytaxt Xartum şəhərindəki bütün dövlət tibb müəssisələri fəaliyyətini dayandırıb.

Bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqının Al Arabiya telekanalında yayımlanan şərhində deyilir.

Həkimlərin sözlərinə görə, zərərçəkənlərə yardımı davam etdirən xəstəxanalarda kifayət qədər oksigen avadanlığı yoxdur.

“Səhiyyə sektorunda baş verənlər bəşəri cinayətdir”, - deyən həkimlər vurğulayır ki, “humanitar böhranın yeganə həlli döyüş əməliyyatlarının dayandırılması ola bilər”.

Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır.

İki hərbi struktur arasında toqquşmalar aprelin 15-də başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərin davam etdiyi müddətdə yüzlərlə insan, o cümlədən dinc sakinlər həlak olub.

Xəbər lenti

Çox oxunanlar