Dünya dollardan tədricən imtina etməyə başlayıb.
Xezerxeber.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun icraedici direktoru Kristalina Georgiyeva bildirib.
O, dolların istifadəsinin perspektivlərindən danışaraq, bu məsələnin narahatlıq doğurmadığını qeyd edib: “Dollardan tədricən imtina var, lakin mən buna alternativ görmürəm. Bu, ən azı yaxın vaxtlarda olmayacaq”.
Xatırladaq ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak enerji resursları üçün hesablamalarda dollar və avrodan tamamilə imtina etdiyini açıqlamışdı.