Almaniya Ukraynaya silah tədarükü məsələsində birtərəfli addımlar atmayacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.
O qeyd edib ki, Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə edilməməsi vacibdir.
“Biz birtərəfli addımlar atmırıq, yalnız tərəfdaşlarımızla koordinasiyada hərəkət edirik. Ukraynanın özünü müdafiə edə biləcəyi silahlardan Rusiya ərazisinə hücum etmək üçün istifadə olunmaması vacibdir. Rusiya ilə NATO arasında müharibə istiqamətində eskalasiyanın olmaması üçün hər şeyi edirik”, - deyə Kansler bildirib.