Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD liderinin zərərsizləşdirilməsinə dair əməliyyatın təfərrüatını açıqlanıb.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Təşkilatdan verilən açıqlamada deyilir.
Qeyd olunub ki, İŞİD-in “yeni xəlifəsi” adlandırılan Əbu Hüseyn əl-Hüseyni əl- Qureyşi kod adlı terrorçu Suriyanın şimalında 29 aprel 2023-cü ildə 4 saatlıq əməliyyat çərçivəsində zərərsizləşdirilib.
Onun bir evin altında yerləşən bunkerdə gizləndiyi məlum olub.
"Əl-Qureyşi kəşfiyyat əməkdaşlarının “təslim ol” çağırışına əməl etməyərək, özünü intihar kəməri ilə partladıb."
Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşi 30 noyabr 2022-ci ildə İŞİD-in əvvəlki lideri Əbu Həsən əl-Qureyşinin öldürülməsindən sonra “yeni xəlifə” elan edilib.