Xəzər Xəbər

Putin "BRİKS" sammitinə gəlsə həbs oluna bilər GUARDİAN

Dünya | 16:25 • 1 May 2023
Putin "BRİKS" sammitinə gəlsə həbs oluna bilər

Putin Cənubi Afrikada keçirilən "BRİKS" sammitinə gələrsə həbs oluna bilər. “Zoom” vasitəsilə qoşulmasını istəyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu Guardian nəşri məlumat verib.

Nəşrin məlumatına görə,  Cənubi Afrika rəhbərliyi Putinə məhz “Zoom” vasitəsilə tədbirə qoşulmasını istəyib. 

“Bizim Putini həbs etməmək kimi bir seçimimiz yoxdur. O, bura gələrsə, həbs etməli olacağıq”, - deyə Cənubi Afrika hökumətinin sözçüsü nəşrə bildirib.

Qeyd edək ki, Cənubi Afrika Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və ya onun Ukraynaya qarşı təcavüzünü pisləməkdən imtina edib.

Lakin Beynəlxalq Cinayət Məhkəməsinin ukraynalı uşaqların Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla deportasiyası ilə bağlı Putinin həbsinə order verməsi Cənubi Afrikanın hakim partiyasını çətin vəziyyətə salıb.

"Cənubi Afrika Respublikası Roma Statusunu imzalayan ölkələr sırasındadır ki, bu da onu Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etmək məcburiyyətində qoyur", -deyə xəbərdə bildirilir. 

Xəbər lenti

Çox oxunanlar