Xəzər Xəbər

İranın Ər-Riyaddakı səfirliyinin fəaliyyəti bərpa olunub

Dünya | 14:53 • 1 May 2023
İranın Ər-Riyaddakı səfirliyinin fəaliyyəti bərpa olunub

İranın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinin fəaliyyəti bərpa olunub.

Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

İranın Xarici İşlər Nazirliyi də öz növbəsində İranın Ər-Riyaddakı səfirliyinin yenidən işə başladığını təsdiqləyib. İran Səudiyyə Ərəbistanına hələ də səfir təyin etmədiyindən Tehran orada müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunur.

İki ölkə arasında münasibətlər 2016-cı ildə nüfuzlu şiə ilahiyyatçısının Ər-Riyadda edam edilməsindən sonra pisləşmişdi. Bundan sonra Tehranda nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyinə hücum etmiş, Ər-Riyad isə cavab addımı olaraq Tehranla diplomatik əlaqələri kəsmişdi.

İran və Səudiyyə Ərəbistanı bu ilin martında Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Xəbər lenti

Çox oxunanlar