Türkiyənin Şırnak əyalətində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus aşıb, 2 əsgər şəhid olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, qəza Şırnak-Uludərə quru yolunun Balveren diyarında meydana gəlib.
Əraziyə çoxlu sayda təcili yardım maşınları göndərilib.
Türkiyənin Milli Müdafiə Nazirliyindən də açıqlama verilib:
"Şırnakda baş verən avtomobil qəzasında 2 qəhrəman silahdaşımız şəhid olub, 4 qəhrəmanımız isə yaralanıb və dərhal xəstəxanaya çatdırılaraq müalicələrinə başlanılıb.
Allah rəhmət eləsin!
Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizin dərdli ailələrinə, türk vətəndaşlarına başsağlığı verir, silahlı qüvvələrimizə və soylu millətimizə səbr, yaralı yoldaşlarımıza isə şəfa diləyirik”.