Türkiyə Ermənistana xəbərdarlıq etmədən hava məkanını “Flyone Armenia” aviakompaniyasının uçuş reyslərinə bağlayıb.
Xezerxeber.az “sputnik armenia”ya istinadən məlumat verir ki, bu barədə aviakompaniyanın dirketoru Aram Aranyan məlumat verib.
“Anlaşılmayan səbəbə görə, Türkiyənin aviasiya rəsmiləri bizə hər hansı məlumat bildirimədən “Flyone Armenia”nın bu ölkənin hava məkanından istifadə etməklə Avropaya olan uçuşlarını ləğv edib.
O əlavə edib ki, aviakompaniya sərnişlərə bu çətin vəziyyətdə ləğv olunan reyslər barədə məlumatlandırıb və tədbirlərini davam etdirir.