Almaniya ilin sonuna qədər Avropa İttifaqı ölkələrinin Ukraynaya tədarük etməyə razılaşdığı 1 milyon ədəd 155 mm çaplı artilleriya mərmisindən 250 minini istehsal etməyi planlaşdırır.
Xezerxeber.az xəbər verir ki, bu barədə cümə günü Frankfurter Allgemeine Zeitung nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniyada “Rheinmetall” konserni mərmi istehsalına cavabdeh olacaq. Həmçinin konsern, sursat istehsalı üçün Avstraliya və Cənubi Afrikadan gələn elementlərdən istifadə edəcək.