Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan ölkəyə giriş məhdudiyyətləri aprelin 29-dan tamamilə ləğv edilib.
Yaponiya mediası xəbər yayıb ki, qərar eyni gündə başlayan “Qızıl həftə” bayram tətili ilə əlaqədar səyahətlərin çoxalması ehtimalı nəzərə alınaraq qəbul olunub. Hökumət əvvəlcə sərhəd məhdudiyyətlərini bayram tətili bitəndən sonra - mayın 8-də aradan qaldırmağı planlaşdırsa da, bayram günlərində yaponiyalıların xaricə səyahətə gedib-gəlməsini asanlaşdırmaq üçün məhdudiyyətlərin qüvvəyə minmə tarixi aprelin 29-na dəyişdirilib.
Qərara əsasən, xaricdən Yaponiyaya gələnlər yeni növ koronavirus əleyhinə 3 doza vaksin qəbul etməyi təsdiqləyən sertifikatı və ya son 72 saatda verilmiş PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməkdən azaddırlar. Bundan başqa, mayın 8-dən etibarən COVID-19 infeksiyasının statusu mövsüm qripi kimi daha az təhlükəli viruslar kateqoriyasına salınacaq.
Qeyd edək ki, Yaponiyaya 2020-ci ilin fevralından etibarən pandemiya səbəbindən ölkəyə girişi maksimum dərəcədə məhdudlaşdırılmışdı.