Almaniyanın müdafiə naziri Boris Pistorius bu ilin ortalarında Ukraynaya əlavə olaraq daha 80 ədəd “Leopard - 1” tankının göndəriləcəyini elan edib.
Xezerxeber.az xəbər verir ki, Boris Pistorius müvafiq bəyanatı “La Vanguardia” qəzetinə müsahibəsində səsləndirib.
“Mart ayında Kiyevə 18 ədəd müasir “Leopard 2A6” tankı və 40 ədəd “Marder” piyadaların döyüş maşını, həmçinin paketlər, o cümlədən ehtiyat hissələri və silah-sursat tədarük etmişik. Mən daha çox dəstəyə nail olmaq üçün tərəfdaşlarımıza uğurlu və aktiv təzyiq göstərmişəm. Nəticədə briqadanı təmin etməyə nail olmuşuq. “Leopard 1A5” tanklarının tədarükü isə hələ indi başlayıb. Bu, Almaniya ilə digər ölkələrin təşəbbüsünün nəticəsidir”, - deyə nazir bildirib.
Berlini Ukraynanın Avropa İttifaqındakı əsas dayağı adlandıran Boris Pistoriusun sözlərinə görə, bu həftə yüzlərlə ukraynalı hərbçi “Leopard - 1” tankında təlim keçməyə başlayıb.